12:30 - 11.11.2020
11 noyabr, Fineko/abc.az. Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda istehlak mallarının qiymətləri açıqlanıb.
ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, sözügedən dövrdə istehlak qiymətlərinin indeksi ötən illə müqayisədə 102,8% təşkil edib.
Bununla yanaşı istehlak qiymətləri ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 105,1%, qeyri-ərzaq məhsulları üzrə 101,3%, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 101% təşkil edib.
Müəllif: Elmir Murad
17 Avqust 2026
17 Avqust 2026
15 Avqust 2026