14:35 - 6.11.2020
6 noyabr, Fineko/abc.az. 2019-cu ilin dövlət büdcəsində əməyin ödənişi xərci üzrə 82 milyon manat qənaət yaranıb. Bu, əsasən büdcə təşkilatlarında olan vakant vəzifələrin vaxtında doldurulmaması ilə bağlıdır.
ABC.AZ-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.
O qeyd edib ki, dövlət büdcəsindən maliyyələşən təşkilatlarda vakant yerlərə işçilərin götürülməsi üçün dövlət qulluğuna qəbulla bağlı qaydalarda mövcud olan prosedurlar sadələşdirilməli, təşkilat rəhbərlərinə bu sahədə bəzi sərbəstliklər verilməlidir.
29 İyul 2026
29 İyul 2026
29 İyul 2026
27 İyul 2026