15:45 - 13.02.2018
13 fevral, Fineko/abc.az. Azərbaycanın Vergilər Nazirliyi Vergi Məcəlləsinə düzəlişlərin tez-tez daxil edilməsini riskli hesab edir.
“Vergilər. Şəffaflıq. İnkişaf” mövzusunda keçirilən konfrans zamanı Azərbaycanın vergilər naziri Mikayıl Cabbarov deyib ki, qurum, vergi qanunvericiliyinə yeni düzəlişlər hazırlayır.
“Düzəlişlərin tez-tez daxil edilməsi risklidir. Vergilər Nazirliyi martın 31-nə qədər biznes nümayəndələrindən təkliflər qəbul edir. Həmin təkliflərə, düzəlişlərin hazılanması prosesində baxılacaq. Buna görə də mən, bütün sahibkarları, martın 31-nə qədər öz təkilflərini nazirliyə təqdim etməyi dəvət edirəm”, - nazir belə deyib.
29 İyul 2026
28 İyul 2026
27 İyul 2026