STP-də daha 2 şirkət qeydiyyata alınıb – 100 min manat nizamnamə kapitalları var

12:30 - 5.11.2020


5 noyabr, Fineko/abc.az. Azərbaycanda daha iki şirkət yaradılıb.

ABC.AZ  İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bunlar “STP Aliminium” və “STP Global Cable” MMC-lərdir.

Hər iki şirkət Dövlət Vergi Xidməti tərəfindən artıq dövlət qeydiyyatına alıb. Şirkətlərin hüquqi ünvanı “Sumqayıt Texnologiyalar Parkı” MMC-nin (STP) yerləşdiyi Sumqayıt şəhərinin Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən texnoparkdır. Onların hər ikisinin nizamnamə kapitalı 100 min manatdır.

Müəllif: Elmir Murad