Gömrük xidməti göstərən bankların sayı artdı - “Rabitəbank” da sıraya qoşuldu

14:49 - 4.11.2020


4 noyabr, Fineko/abc.az. Dövlət Gömrük Komitəsi daha bir bankı  kredit təşkilatlarının reyestrinə daxil edib.

Komitədən ABC.AZ-a daxil olan məlumata görə, reyestrə daxil edilmiş Bank “Rabitəbank” ASC-dir.

Bununla da, ölkədə gömrük xidməti göstərən bankların sayı 15-ə çatıb.

Müəllif: Elmir Murad