Azərbaycan Mərkəzi Bankı valyuta hərracında $62,4 mln satıb

12:48 - 3.11.2020


3 noyabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.

AMB-nin məlumatında deyilir ki, noyabrın 3-də keçirilən valyuta hərracında banklara $62,4 mln satılıb.

"Valyuta hərracında banklar tərəfindən tələb $62,4 mln. təşkil edib və tam təmin edilib", - deyə AMB-nin məlumatında bildirilir.

Hərracın nəticələrinə görə, manatın dollara qarşı ortaçəkili məzənnəsi 1,70 AZN/$1 təşkil edib.