11:21 - 19.10.2020
19 oktyabr, Fineko/abc.az. Bu gündən noyabrın 2-i saat 06:00-dək Bakı metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılır.
ABC.AZ Operativ Qərərgaha istinadən xəbər verir ki, eyni zamanda 2020-ci il 19 oktyabr tarixindən 2 noyabr tarixinədək ölkə üzrə bütün təhsil müəssisələrində tətil elan olunur.
Məhdudiyyətlərin yenidən tətbiq olunmasına səbəb son günlər bir sıra ölkələrdə, o cümlədən Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma hallarında kəskin artımın müşahidə olunmasıdır.
Müəllif: Elmir Murad
11 Avqust 2026
11 Avqust 2026
10 Avqust 2026