17:21 - 30.09.2020
30 sentyabr, Fineko/abc.az. Oktyabrın 1-dən etibarən V-IX siniflər üçün Bakı, Sumqayıt və Abşeronda dərslər həftədə 3 dəfə keçiriləcək.
ABC.AZ-ın məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev bu gün keçirdiyi brifinqdə bildirib.
Nazir qeyd edib ki, regionlarda şagird sayı 200-dən az olan məktəblərdə ibtidai siniflərdə dərslər həftədə 5 dəfə, Bakı, Sumqayıt, Abşeronda isə həftədə 3 dəfə dərs keçiriləcək: "9-11-ci siniflər isə oktyabrın 15-dək distant təhsilə davam edəcək. Oktyabrın 15-dən sonra isə həftədə 2 və ya 3 dəfə tədrisə cəlb olunacaqlar”.
Müəllif: Elmir Murad