11:10 - 2.02.2018
2 fevral, Fineko/abc.az. Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) yerli bazarda xarici valyuta satışlarının şəffaflığını saxlayır.
Neft Fondundan aldığımız məlumata əsasən, yanvarda keçirilən valyuta hərraclarında Fond, 299,1 milyon dollar həcmində valyuta satıb.
2017-ci il ərzində ARDNF-in hərraclarda satdığı valyutanın məbləği cəmi 3608,42 milyon dollar təşkil etmişdir.
2017-ci ildən etibarən Fondun vəsaitləri valyuta bazarında dolayı yolla, yəni, maliyyə sabitliyinin təmin edilməsi üçün ARDNF-nin büdcəsindən Mərkəzi Banka transfert yolu ilə də iştirak edir.
28 İyul 2026
28 İyul 2026
27 İyul 2026