Azərbaycan xaricə satdığı pomidorun həcmini artırıb – 8 ayın nəticəsi

11:31 - 15.09.2020


15 sentyabr, Fineko/abc.az. 2020-ci ilin 8 ayı ərzində Azərbaycandan xaricə ixrac olunan pomidorun dəyəri açıqlanıb.

ABC.AZ Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, sözügedən dövrdə 167 milyon 39 min dollar dəyərində 154 min 119 ton pomidor ixrac edilib.

Müqayisə üçün qeyd edək ki, bu ötən ilin 8 ayına nisbətən 15,6%, məbləğ ifadəsi ilə 18% artım deməkdir. Qeyd edək ki, 2019-cu ilin 8 ayında Azərbaycandan 141 milyon 541 min dollar dəyərində 167 min 39 ton pomidor ixrac edilmişdi.

Müəllif: Elmir Murad