17:13 - 14.09.2020
14 sentyabr, Fineko/abc.az Bu ilin yanvar-avqust aylarında Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 2019-cu ilin eyni ayları ilə müqayisədə 27,6% azalaraq 16 milyard 570 milyon 630 min ABŞ dolları təşkil edib.
ABC.AZ Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, bu ilin səkkiz ayında Azərbaycandan xarici ölkələrə 9 milyard 880 milyon 110 min dollar dəyərində məhsullar ixrac edib, idxalın həcmi isə 6 milyard 690 milyon 520 min dollar olub.
Nəticədə, 3 milyard 189 milyon 590 min dollarlıq müsbət ticarət saldosu yaranıb.
Müqayisə üçün qeyd edək ki, ötən ilin eyni ayları ilə müqayisədə 2020-ci ilin yanvar-avqust aylarında ixrac və idxal isə müvafiq olaraq 27% və 28,7% azalıb.
Müsbət saldo illik ifadədə 22,9% azalıb.