Gürcüstan Gəncədən traktor idxal edib – 375 min manat dəyərində

15:57 - 9.09.2020


9 sentyabr, Fineko/abc.az. Bu günə qədər "Gəncə Avtomobil Zavodu" İstehsalat Birliyi Gürcüstana ümumi dəyəri 375 min manat olan bir neçə traktor satıb.

ABC.AZ report-a istinadən xəbər verir ki, bu barədə açıqlamasında müəssisənin Mətbuat xidmətinin rəhbəri Məqsəd Rəhimov bildirib.

"Gürcüstanda Azərbaycan traktorlarına maraq böyükdür. Hazırda qonşu ölkədə müəssisəmizin nümayəndəliyi fəaliyyət göstərir”, - o qeyd edib.