Sahələrindən 2300 tona yaxın kartof yığılan rayon – Məhsuldarlıq artıb

17:27 - 3.09.2020


3 sentyabr, Fineko/abc.az. Şamaxı rayonunda sahələrdən 2233,5 ton kartof yığılıb.

Rayon statistika idarəsindən ABC.AZ-a verilən məlumata görə, cari ildə fermerlər və fiziki şəxslər tərəfindən 326 hektarda kartof yetişdirilib.

Əkin sahələri ötən ildəkindən 3,5 hektar çox olub. Məhsul istehsalında da 39,8 ton artım qeydə alınıb.