11:36 - 17.08.2020
17 avqust, Fineko/abc.az. “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov Tovuz Rayon Elektrik Təchizatı və Satışı İdarəsinin (RETSİ) rəisi Zaur Şirəliyev vəzifəsindən azad edilməsi haqqında əmr imzalayıb. Əmrə əsasən Zaur Şirəliyev Nərimanov RETSİ-nin rəisi təyin olunub.
ABC.AZ xəbər verir ki, Tovuz RETSİ-yə rəhbərlik isə Anar Məmmədova həvalə edilib.
27 İyul 2026