13:09 - 25.01.2018
25 yanvar, Fineko/abc.az. Azərbaycanda fəaliyyət göstərən “İpək Yolu Sığorta” şirkəti 2017-ci ilin maliyyə nəticələrini açıqlayıb.
Fineko/abc.az İnformasiya Agentliyinə şirkətdən bildirildi ki, sığorta şirkəti ötən il 2,404 milyon manat xalis mənfəət əldə edib ki, bu da 2016-cı il ilə müqayisədə (2,369 milyon manat) 1,5% çoxdur.
“Şirkətin cəmi gəlirləri 21,039 milyon manat, cəmi xərcləri isə 18,034 milyon manat təşkil edib. Başqa sözlə, 2016-cı il ilə müqayisədə şirkətin cəmi gəlirləri 8,6%, cəmi xərcləri isə 6% artıb”, - deyə şirkətdən bildirdilər.