12:14 - 7.08.2020
7 avqust, Fineko/abc.az. Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev son 3 ayda 190 manatlıq yardımdan imtina alan 20 minə yaxın insanın şikayət etdiyini vurğulayıb.
ABC.AZ-ın məlumatına görə, nazir brifinqdə 190 manatlıq ödənişin əsas kriteriyalarına da toxunub. Onun sözlərinə görə, 190 manat işsiz şəxslər və gəlirini itirənlərə dəstək üçün verilir:
"Lakin bu kriteriyalara uyğun gəlməyən və aztəminatlı olduğunu bildirən şəxslərlə bağlı ictimai işlər proqramı yaradıldı. Bunlar ancaq silib-süpürmək işləri deyildi. Biz demirik ki, yüksək ixtisaslı, peşəkar şəxslər ictimai işlərə cəlb olunsun".
Müəllif: Elmir Murad
11 Avqust 2026
11 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026