14:56 - 4.08.2020
4 avqust, Fineko/abc.az. Bu ilin yanvar-iyul aylarında Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) satışa çıxardığı valyutanın həcmi açıqlanıb.
ABC.AZ Fonda istinadən xəbər verir ki, 7 ayda Fond tərəfindən 4 mlrd 525,7 mln ABŞ dolları məbləğində valyuta satışı həyata keçirilib.
Müqayisə üçün qeyd edək ki, bu ötən ilin eyni dövrü ilə müqayisədə 47% çoxdur. Təkcə iyul ayında isə ARDNF-in valyuta satışının məbləği 515,5 mln ABŞ dolları təşkil edib. Bu isə ötən ilin iyul ayına nisbətən 18,5% çoxdur.
Qeyd edək ki, 2019-cu ilin yeddi ayı ərzində Fond tərəfindən 3 mlrd 78,5 mln ABŞ dolları məbləğində satış həyata keçirilmişdi.
Müəllif: Elmir Murad
29 Avqust 2026
29 Avqust 2026
29 Avqust 2026
27 Avqust 2026
27 Avqust 2026
27 Avqust 2026