11:34 - 29.07.2020
29 iyul, Fineko/abc.az. Bir müddət əvvəl Bakı şəhərində COVID-19 pandemiyasının əhaliyə təsirini öyrənən “ACT Azərbaycan” sorğunun ikinci mərhələsini həyata keçirib.
ABC.AZ-ın məlumatına görə, sorğuda 400 nəfər respondent iştirak edib.
Sorğuya qatılanların 5-də 1-i (22%) bu aralar taksi xidmətlərindən əvvəlki günlərlə müqayisədə daha çox istifadə etdiklərini bildiriblər. Bununla yanaşı, əksinə, karantin günlərində respondetlərdən 7%-i ictimai nəqliyyata da üz tutub. Karantin müddətində daha çox *9933 (37 %), *9111 (10 %) və Bolt (8 %) taksi şirkətlərinin xidmətlərindən istifadə olunur. Sorğu zamanı hər 5 respondentdən 1-i isə hansı taksi xidmətindən istifadə etdiyini xatırlaya bilməyib (20%).
Müəllif: Elmir Murad