ASB bankın aktivləri də azalıb – 6 ayın nəticəsi

11:03 - 22.07.2020


22 iyul, Fineko/abc.az. Bu ilin ilk 6 ayında ASB Bankın aktivləri 6,2% azalaraq 924 milyon manata düşüb.

ABC.AZ-ın məlumatına görə, ötən ilin eyni dövründə bu rəqəm 985 milyon manat olub.

Azalmanın səbəbi ASB-nin digər banklardakı depozitlərinin kəskin aşağı düşməsi ilə bağlıdır.

Bu depozitlərin məbləği 94 milyon manat azalaraq 543,3 milyon manatdan 449,4 milyon manata düşüb.

Müəllif: Elmir Murad