10:46 - 22.07.2020
22 iyul, Fineko/abc.az. Xəbər verdiyimiz kimi "Azərbaycan Sənaye Bankı" 2020-ci ilin 6 ayının yekunları ilə bağlı hesabatını açıqlayıb.
ABC.AZ-ın məlumatına görə, bank sözügedən dövrdə aktivlər üzrə mükmün zərərlərin ödənilməsi üçün yaratdığı xüsusi ehtiyatlardan 806 min manatını geri çəkib.
Nəticədə bankın vergidən əvvəlki mənfəəti 4198 min manat olub. 830 min manatlıq mənfəət vergisi ödənildikdən sonra isə bankın ilk yarım ildə xalis mənfəəti 34,6 faiz azalaraq 3368 min manat təşkil edib.
Müqayisə üçün qeyd edək ki, bank ötən ilin ilk yarısını 5152 min manat xalis mənfəətlə bitirmişdi.
Müəllif: Elmir Murad
29 Avqust 2026
29 Avqust 2026
29 Avqust 2026
27 Avqust 2026
27 Avqust 2026
27 Avqust 2026