11:33 - 21.07.2020
21 iyul, Fineko/abc.az. Bu ilin yanvar-iyun aylarında Azərbaycan Avropa İttifaqı (Aİ) ölkələri arasında ən çox İtaliyaya məhsul ixrac edib.
ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, Azərbaycanın 6 ayda ən çox məhsul ixrac etdiyi Aİ-yə üzv ölkələr İtaliya, Yunanıstan və Xorvatiya olub.
İtaliyaya ixrac olunan məhsulların dəyəri 2 milyard 460,2 milyon ABŞ dolları, Yunanıstana 248,3 milyon dollar, Xorvatiyaya isə 242,9 milyon dollar olub.
Müəllif: Elmir Murad
4 Avqust 2026
4 Avqust 2026
4 Avqust 2026