15:45 - 17.07.2020
17 iyul, Fineko/abc.az. Bu gün Hacıqabul rayonundan 17 şəhid ailəsi və müharibə əlilinə (12 şəhid ailəsi, 5 nəfər Qarabağ müharibəsi əlili) Şirvan şəhərindəki 68 mənzilli yeni yaşayış binasından mənzillər təqdim edilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən ABC.AZ-a verilən məlumata görə, verilən mənzillərdən 10-u iki otaqlı, 3-ü üç otaqlı, 4-ü isə bir otaqlıdır.
Qeyd edək ilin əvvəlindən indiyədək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən artıq 370 mənzil sahiblərinə verilib. 200-ə qədər mənzil, əlavə 100-ə qədər fərdi ev də artıq hazırdır.
Müəllif: Elmir Murad
8 Avqust 2026
8 Avqust 2026