Daha bir bank hesabatını açıqladı – 2 milyon manata yaxın mənfəəti var

11:48 - 17.07.2020


17 iyul, Fineko/abc.az. 2020-ci ilin ilk yarısında "Ziraat Bank Azərbaycan"-ın faiz gəlirləri 891 min manat, faiz xərcləri isə 2 930 min manat olub.

ABC.AZ-ın məlumatına görə, bu barədə Bankın hesabatında qeyd olunub.

Hesabata əsasən, bu ilin 6 ayında bankın qeyri-faiz gəlirləri 30-25 min manat, qeyri faiz xərcləri isə 4704 min manat təşkil edib.

Bununla da bank sözügedən dövrü 3118 min manat əməliyyyat mənfəəti ilə başa vurub. Xalis mənfəəti isə 1 milyon 747 min manat təşkil edib.

Bu ötən ilin eyni dövründəki göstəricidən 3,2% azdır.

Müəllif: Elmir Murad