15:36 - 14.07.2020
14 iyul, Fineko/abc.az. 2019-cu ilin yanvar-iyun ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı 2,6 dəfə azalaraq 973,4 min nəfər olub.
ABC.AZ-ın məlumatına görə, bunu Dövlət Sərhəd Xidmətindən bildiriblər.
Ölkə vətəndaşlarının 33,2%-i İrana, 29,6%-i Gürcüstana, 20,5%-i Rusiyaya, 9,5%-i Türkiyəyə, 7,2%-i isə digər ölkələrə səfər edib.
Gedənlərin 69,7%-ini kişilər, 30,3%-ini qadınlar təşkil edib. Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 3,1 dəfə, Türkiyəyə gedənlərin sayı 2,8 dəfə, Gürcüstana gedənlərin sayı 2,4 dəfə, Rusiyaya gedənlərin sayı isə 2,3 dəfə azalıb. 2020-ci ilin yanvar-iyun aylarında xarici ölkələrə səfər etmiş ölkə vətəndaşlarının 81,7%-i dəmir yolu və avtomobil, 16,5%-i hava, 1,8%-i isə dəniz nəqliyyatından istifadə edib.
Müəllif: Elmir Murad
1 Oktyabr 2026
1 Oktyabr 2026
1 Oktyabr 2026
1 Oktyabr 2026
29 Sentyabr 2026
29 Sentyabr 2026
30 Sentyabr 2026
29 Sentyabr 2026