"SOCAR CAPE"in ixrac gəlirləri 50 dəfə artıb — 500 min dollarlq əməliyyat

17:29 - 29.09.2026


29 sentyabr, Fineko/abc.az. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) sentyabr ayı üzrə “İxrac icmalı”na əsasən, 2026-cı ilin yanvar-avqust aylarında "SOCAR CAPE" 500 min dollardan çox məbləğdə ixrac əməliyyatları həyata keçirib.

Aparılan hesablamalara görə, bu göstərici 2025-ci ilin yanvar-avqust ayları ilə müqayisədə 490 min dollardan çox və ya 50 dəfə yüksəkdir.

Xatırladaq ki, ötən ilin analoji dövründə "SOCAR CAPE" 10 min dollardan çox məbləğdə ixrac həyata keçirmişdi.