17:26 - 7.07.2020
7 iyul, Fineko/abc.az. Dubay dünyada davam edən COVID-19 pandemiyasına baxmayaraq bu gündən etibarən xarici turistlərin qəbuluna başlayıb.
ABC.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, məlumatı "Associated Press" yayıb.
Qeyd olunub ki, Əmirliyə gələn turistlər sərhəddə neqativ koronavirus test nəticələrini təqdim etməlidirlər. Testin ölkəyə gəlməzdən ən gec 4 gün öncə edilməsi tələb olunur. Test nəticəsi olmayan şəxslər ölkəyə gəldikdən sonra testdən keçiriləcək və nəticələr çıxana qədər qısa müddətlik təcrid olunacaqlar.
Bundan əlavə, turistlər özləri ilə COVID-19 xəstəliyini də əhatə edən sağlamlıq sığortası və xəstələndikləri halda bütün xərcləri qarşılayacaqlarına dair bəyannamə təqdim etməlidirlər.
Qeyd edək ki, 2019-cu ildə Dubaya 16,7 milyon turist səyahət edib.