10:17 - 7.07.2020
7 iyul, Fineko/abc.az. İndoneziyanın turizm mərkəzi olan Bali adası koronavirus pandemiyası ilə bağlı uzun müddətdir tətbiq edilən məhdudiyyətlərdən sonra sentyabr ayından əcnəbi turistlərin üzünə açılacaq.
ABC.AZ-ın məlumatına görə, bu barədə ölkənin “Jakarta Post” qəzeti yazıb.
Bali əyalətinin qubernatoru İ Vayan Koster bölgədəki fəaliyyətlərin üç mərhələdə bərpa ediləcəyini açıqlayıb. Mövcud plana görə, yerli turistlər adaya iyul ayının 9-dan, əcnəbi turistlər isə sentyabrın 11-dən gələ biləcəklər.
Qeyd edək ki, indiyədək Balidə COVID-19 virusuna 1 849 nəfər yoluxub, 20 nəfər ölüb.
Müəllif: Elmir Murad
8 Avqust 2026
8 Avqust 2026