16:18 - 19.01.2018
19 yanvar, Fineko/abc.az. Azərbaycanın kommersiya bankı olan “Unibank” 2017-ci il fəaliyyətinin nəticələrini açıqlayıb.
Bankın məlumatında deyilir ki, “Unibank” keçən ili 4,044 milyon manat həcmində mənfəətlə başa vurub.
“Bankın nizamnamə kapitalı 2016-cı illə müqayisədə 1,8 dəfəyə yaxın artaraq, 126 milyon 985 min manata çatıb . Məcmu kapital 67 milyon 488 min manatadək artıb”, - bankın məlumatında belə deyilir.
Məlumatda bildirilir ki, “Unibank”, 32 filialı ilə 870 000 müştəriyə xidmət göstərir.
Ümumi kredit portfelinin həcminin azalmasına baxmayaraq, 2017-ci il ərzində verilmiş kreditlərin həcmi 2016-cı ilin nəticələri ilə müqayisədə 2,6 dəfə artıb.
Kiçik və orta sahibkarlıqla məşğul olan müştərilərin sayı 25% artıb. Biznes müştərilərin cari hesablarının qalıq məbləğləri 2 dəfə çoxalıb. Unibank əmək haqqı kartına sahib olan müştərilərin sayı 2,5 dəfə artıb.
“Dövlət İpoteka Fondunun vəsaitləri ilə verilən ipoteka kreditləri üzrə illik satış 2 dəfədən çox artmaqla yanaşı, portfelin həcmi 50 milyon manatı keçib.
Bankın qeyri -faiz gəlirləri və pul köçürmələrinin həcmi 115% artıb. Plastik kartların sayında il ərzində 20%-dən çox artım olub.
28 İyul 2026
28 İyul 2026
27 İyul 2026