14:30 - 30.06.2020
30 iyun, Fineko/abc.az. 2020-cu ilin may ayında qeyri-neft sektoru üzrə ixracda tomat (pomidor - 49,7 milyon ABŞ dolları) birinci olub.
ABC.AZ-ın məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac İcmalı”nın 2020-ci ilin iyun sayında qeyd edilib.
Məlumatda bildirilib ki, sözügedən dövrdə qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda – 21 milyon ABŞ dolları) ikinci, kartof (19,9 milyon ABŞ dolları) üçüncü yerdə qərarlaşıb.
Qeyd edək ki, Azərbaycan bu ilin ilk 5 ayında 6,9 mlrd ABŞ dollarlıq ixrac həyata keçirib.
Müəllif: Elmir Murad
3 Avqust 2026
1 Avqust 2026
1 Avqust 2026