16:59 - 23.06.2020
23 iyun, Fineko/abc.az. Rusiyanın Vladivostok şəhərində Azərbaycan kartofu kəskin bahalaşıb.
ABC.AZ-ın modern-ə istinadən məlumatına görə, hazırda bazarlarda Azərbaycan kartofunun kilosu 200 rubl (5 manat) civarındadır.
Bahalaşmanın Çinlə sərhəddin bağlanmasına görə Vladivostok vilayətində ərzaq qıtlığının yatanması ilə bağlı olduğu bildirilir.
Yük daşımalarında yaranmış problem vilayətin iri və kiçik sahibkarlıq subyektlərinin yeni idxal bazarları axtarımasına səbəb olub. Hazırda Vladivostoka kartof Azərbaycan və Misirdən gətirilir.