Onların kreditinin 10 faizini dövlət ödəyəcək – Daha bir dəstək

10:49 - 23.06.2020


23 iyun, Fineko/abc.az. Dövlət 1 milyard manat kredit portfeli üzrə kreditlərin subsidiyalaşdırılması üçün 100 milyon manat vəsait nəzərdə tutub.

ABC.AZ-ın trend-ə istinadən məlumatına görə, bunu açıqlamasında Sahibkarlığın İnkişafı Fondunun şöbə müdiri Nuranə İbadova deyib.

Onun sözlərinə görə, sahibkarın götürdüyü kreditin 10 faiz bəndi Sahibkarlığın İnkişafı Fondu tərəfindən kredit təşkilatlarına ödəniləcək.

Sadə dildə desək, bir sahibkar 17 fazilə kredit götürübsə, həmin kreditin 10 faiz bəndi dövlət tərəfindən kredit təşkilatlarının hesabına ödəniləcək.