Qızıl 5 dollara yaxın bahalaşdı – Birja

10:10 - 19.06.2020


19 iyun, Fineko/abc.az. Dünya birjalarında satılan qızıl və gümüşün qiymətləri açıqlanıb.

ABC.AZ-ın məlumatına görə, sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 4,40 ABŞ dolları bahalaşaraq 1 735,50 dollara ticarət olunub.

Gümüşün unsiyasının qiyməti isə 0,01 dollar artaraq 17,68 dollara satılıb.