15:22 - 16.06.2020
16 iyun, Fineko/abc.az. Mayın 1-nə əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği aprel ayı ərzində 7 milyard 758 milyon manat təşkil edib.
ABC.AZ xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.
Məlumata görə, sözügedən dövrdə banklarda manatla olan əmanətlər 493,7 milyon manat azalıb. Bu dövrdə əmanətlərin 55,1 faizi xarici, 44,9 faizi isə milli valyutada qoyulub. Milli valyutada olan əmanətlər ötən ilin müvafiq dövrünə nisbətən 3,9 faiz, xarici valyutada əmanətlər isə 16 faiz azalıb.
Müəllif: Elmir Murad
29 Avqust 2026
29 Avqust 2026
29 Avqust 2026
27 Avqust 2026
27 Avqust 2026
27 Avqust 2026