Əhaliyə göstərilən ödənişli xidmət azalıb - 5 ayın hesabatı

16:31 - 10.06.2020


10 iyun, Fineko/abc.az. 2020-ci ilin ilk 5 (yanvar-may) aylarında Azərbaycanda pərakəndə ticarət dövriyyəsinin həcmi 14 567,2 mln. manat təşkil edib.

ABC.AZ-ın məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.

Qeyd olunub ki, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə bu ilin yanvar-may aylarında əmtəə dövriyyəsində 1,7% azalma müşahidə olunub. Həmçinin, bu ilin ilk beş ayı ərzində əhaliyə 2 858,8 mln. manatlıq ödənişli xidmət göstərilib ki, bu da illik müqayisədə 14,9% azdır.

Müəllif: Elmir Murad