10:18 - 8.06.2020
8 iyun, Fineko/abc.az. Bundan sonra restoran və ictimai iaşə obyektlərində hər ay bir dəfə profilaktik dezinfeksiya və deratizasiya işləri aparılmalı, bu zaman lisenziyalaşdırılmış və həmin sahədə ixtisaslaşmış müəssisələrin xidmətindən istifadə edilməlidir.
ABC.AZ-ın məlumatına görə, Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bununla yanaşı, həm də restoranlarda gigiyenik məsələlərə əməl olunması ilə bağlı yeni təlimatlar da hazırlayıb.
AQTA-dan bildirilib ki, qeyd edilmiş tövsiyələrə riayət olunmalı, dezinfeksiya işlərinin aparıldığı mühit havalandırılmalıdır.
Həmçinin, ərzaq satışı müəssisələrində zalların və otaqların mütəmadi havalandırılması tövsiyə olunub.
Müəllif: Elmir Murad
3 Avqust 2026
3 Avqust 2026
1 Avqust 2026