10:30 - 1.06.2020
1 İyun, Fineko/abc.az. Bakı-Sumqayıt yolunda aparılan tikinti-təmir işləri gələn həftə tam yekunlaşacaq.
Bunu ABC.AZ-a açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat katibi Anar Nəcəfli deyib.
O qeyd edib ki, sözügedən yolda əsas işlər yekunlaşıb. "Yolun Xırdalan dairəsindəki hissəsindən keçənntuneldə biraz iş qalıb.
O işlər də yaxın 10 gündə, gələn həftə tam bitməlidir" deyə A.Nəcəfli bildirib. Qeyd edək ki, Bakı-Sumqayıt yolunda tıxacların çox olması səbəbindən bu ilin əvvəlindən təmir işlərinə başlanılıb. Təmir işləri çərçivəsində yol genişləndirilir.
Müəllif: Elmir Murad
8 Avqust 2026
8 Avqust 2026