10:55 - 22.05.2020
22 may, Fineko/abc.az. Bank Olmayan Kredit Təşkilatı (BOKT) “Embafinans” QSC maliyyə nəticələrini açıqlayıb.
ABC.AZ BOKT-un maliyyə hesabatlarına istinadən xəbər verir ki, “Embafinans” QSC 2019-cu ili 3 milyon 252 min manat xalis mənfəətlə başa vurub.
2018-ci illə müqayisədə ötən il təşkilatın xalis mənfəəti 1 milyon 425 min manat və ya 78% artıb.
Xalis mənfəətin artması “Embafinans”ın gəlirlərinin artmasından qaynaqlanır. 2019-cu ildə 2018-ci illə müqayisədə təşkilatın faiz gəlirləri 3 milyon 34 min manat və ya 44% artaraq 9 milyon 919 min manat təşkil edib.
Müəllif: Elmir Murad
28 Avqust 2026
28 Avqust 2026
28 Avqust 2026
26 Avqust 2026
27 Avqust 2026
26 Avqust 2026