15:36 - 21.05.2020
21 may, Fineko/abc.az. Yanvar-aprel aylarında Azərbaycana 7,7 min ton əczaçılıq məhsulları idxal edilib.
ABC.AZ xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Sözügedən dövrdə idxal edilən əczaçılıq məhsullarının dəyəri 123,7 milyon ABŞ dolları olub.
Müqayisə üçün qeyd edək ki, ötən ilin eyni dövründə Azərbaycana 85,7 milyon dollarlıq 4,5 min ton əczaçılıq məhsulları idxal edilib.
3 Avqust 2026
1 Avqust 2026