Prezident Əmanətlərin Sığortalanması Fondu barədə Sərəncam verdi - Təyinat

17:07 - 14.05.2020


14 may, Fineko/abc.az. Prezident İlham Əliyev Əmanətlərin Sığortalanması Fondu ilə bağlı Sərəncam imzalayıb.

ABC.AZ-ın məlumatına görə, Sərəncamla Tural Qüdrət oğlu Piriyev Əmanətlərin Sığortalanması Fondunun İcraçı direktoru təyin edilib.