11:22 - 14.05.2020
14 may, Fineko/abc.az. 2020-ci ilin ilk 4 ayında Azərbaycanın ticarət əməliyyatlarının həcmi açıqlanıb.
ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbr verir ki, sözügedən dövrdə ticarət əməliyyatı 9 milyard 688 milyon 252 min ABŞ dolları təşkil edib.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyard 951 milyon 129 min dollar və ya 16,8% azdır.
Belə ki, ötən ilin ilk 4 ayında 7 milyard 89 milyon 959 min dollar olmuşdu. Bu ilin ilk 4 ayında bu rəqəm 6 milyard 306 milyon 432 min dollara düşüb.
İdxal isə 4 milyard 549 milyon 421 min dollardan 3 milyard 381 milyon 819 min dollar geriləyib.
Qeyd edək ki, 2020-ci ilin aprel ayında ixrac 2 milyard 99 milyon 976 min dollar, idxal 744 milyon 469 min dollar, saldo isə 1 milyard 355 milyon 506 min dollar təşkil edib. İdxalın azalması Apreldə da davam etmiş karantinrejimi ilə bağlıdır.
Müəllif: Elmir Murad
3 Avqust 2026
1 Avqust 2026
1 Avqust 2026