12:07 - 8.05.2020
8 may, Fineko/abc.az. Aparılan təmir-tikinti işləri ilə əlaqədar Abşeron rayonu, Saray qəsəbəsi Heydər Əliyev prospektində bu gündən başlayaraq avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) ABC.AZ-a bildirilib ki, məhdudlaşma təmir işləri bitənədək qüvvədə olacaq.
Buna görə də sürücülərə öncədən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan istifadə etmələri tövsiyə olunur.
Müəllif: Elmir Murad
8 Avqust 2026
8 Avqust 2026