14:21 - 6.05.2020
6 may, Fineko/abc.az. Suraxanı rayonunda 31,6 kilometr yol təmir olunub, daha 17,9 kilometr yolun təmiri aparılır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən ABC.AZ-a bildirilib ki, Agentlik tərəfindən Yeni Suraxanı qəsəbəsində ümumi uzunluğu 31,6 kilometr olan daxili küçə və yollarda əsaslı təmir işləri həyata keçirilib. Ümumilikdə təmir işlərinin əhatə etdiyi sahə 200 min kvadratmetrdən çoxdur.
Təmir işləri Telman Nərimanov, 14 iyul, B.Məmmədkərim, Vahid Xəlilov, Göl, H.B Zərdabi, Yuxarı və Aşağı mədən küçələri, həmçinin gölətrafı yol, həmçinin I və II köndələn küçələrində aparılır.
Müəllif: Elmir Murad
24 Sentyabr 2026
24 Sentyabr 2026
24 Sentyabr 2026
24 Sentyabr 2026
24 Sentyabr 2026
22 Sentyabr 2026
22 Sentyabr 2026