12:20 - 24.04.2020
24 aprel, Fineko/abc.az. “Rabitəbank” ASC 2020-ci ilin 1-ci rübünü 1 milyon 129 min manat xalis mənfəətlə başa vurub.
ABC.AZ Bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, Bank 2019-cu ilin 1-ci rübündə 3 milyon 258 min manat xalis mənfəət əldə etmişdi. Xalis mənfəətin azalması ehtiyata ayırma ilə bağlıdır.
İlk rübdə Bankın biznesi genişlənib, gəlirləri və əməliyyat mənfəəti artıb. 2020-ci ilin yanvar-mart dövründə "Rabitəbank"-ın cəmi əməliyyat gəlirləri 14 milyon 741 min manat, cəmi əməliyyat xərcləri isə 10 milyon 491 min manat təşkil edib. Gəlirlər xərcləri üstələdiyindən Bankın 4 milyon 250 min manat əməliyyat mənfəəti yaranıb. Bank əməliyyat mənfəətinin 3 milyon 120 min manatını mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırdığından ilk rübü 1 milyon 129 min manat xalis mənfəət ilə bağlayıb.
Müəllif: Elmir Murad
26 Avqust 2026
25 Avqust 2026
27 Avqust 2026
26 Avqust 2026