16:51 - 23.04.2020
23 aprel, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Mərkəzi Bankın İdarə Heyətinin yanında Sahibkarlarla Əməkdaşlıq Şurasının növbəti iclası keçirilib.
ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, sədr Elman Rüstəmov iclasda qeyd edib ki, bu gün əsas diqqətin cəlb edildiyi məsələlərdən biri biznesin fəaliyyət göstərdiyi makroiqtisadi mühitin dayanıqlı, stabil, proqnozlaşdırılan olması, makroiqtisadi mühitdən biznesə dəstəyin gəlməsinin təmin edilməsidir.
Onun sözlərinə görə, yeni şəraitdə makroiqtisadi çərçivə elə qurulmalıdır ki, aşağı neft qiymətləri şəraitində makroiqtisadi sabitlik qorunub saxlanılsın.
Mərkəzi Bankın sədri sahibkarlar və kommersiya banklarının rəhbərləri ilə keçirilən əvvəlki görüşün nəticələrinə toxunaraq bildirib ki, ötən görüşdə biznes subyektlərinin qaldırdığı məsələlərin əksəriyyəti artıq öz həllini tapıb.
Belə ki, idxal əməliyyatlarının tənzimlənməsinin liberallaşdırılması həyata keçirilib, çeklərlə hesablaşmaların aparılması sisteminin Azərbaycana gətirilməsi istiqamətində Şura çərçivəsində əhəmiyyətli işlər görülüb.
Maliyyə sektoru ilə real sektorun əlaqələrinin genişləndirilməsi, kənd yerlərində girovsuz kreditlərin verilməsi, özünəməşğulluq proqramına dəstək istiqamətində fəal iş aparılır.
Müəllif: Elmir Murad
28 Avqust 2026
28 Avqust 2026
28 Avqust 2026
26 Avqust 2026
27 Avqust 2026
26 Avqust 2026