15:02 - 21.04.2020
21 aprel, Fineko/abc.az. Azərbaycanda və Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərində aparılan konsul əməliyyatları üçün dövlət rüsumunun dərəcələri azaldılır.
ABC.AZ xəbər verir ki, bu barədə dəyişikliyin təklif edildiyi “Dövlət rüsumu haqqında” qanunda qeyd olunur.
Belə ki, qanun layihəsinə edilən dəyişiklik təklifi qəbul edilərsə, ümumvətəndaş pasportunun verilməsi üçün dövlət rüsumu 55 dollardan 25 dollara endirilir.
Qayıdış şəhadətnaməsinin verilməsinə görə isə 10 dollar rüsum müəyyən edilir. Qanunun hazırkı variantına əsasən, bunun üçün 40 dollar ödəmək lazımdır. Vətəndaşlığın bərpa edilməsi üçün vəsatətin rəsmiləşdirilməsinə görə rüsumun 150 dollardan 60 dollara endirilməsi təklif olunur.
Müəllif: Elmir Murad
3 Avqust 2026
1 Avqust 2026