15:17 - 29.03.2020
29 mart, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) banklar üçün depozit hərracında 200 mln. manat cəlb edib.
“AMB martın 29-da növbəti depozit hərracı keçirib və bu hərracda 200 mln. manat cəlb edib. Hərrac zamanı tələb 200,5 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,82% təşkil etmişdir”, - deyə AMB-dən bildiriblər.
Vəsaitlər 14 gün müddətinə cəlb edilib.
AMB 2016-cı ilin iyun ayından depozit hərraclarının keçirilməsinə başlayıb.
29 Avqust 2026
29 Avqust 2026
29 Avqust 2026
27 Avqust 2026
27 Avqust 2026