19:21 - 22.03.2020
22 mart, Fineko/abc.az. Mərkəzi Bank Koronavirusla Mübarizəyə Dəstək Fonduna könüllü ödənilən ianələrin köçürülməsi alətlərini və imkanlarını genişləndirib.
Mərkəzi Bankdan ABC.AZ-a daxil olan məlumata görə, Koronavirusla Mübarizəyə Dəstək Fondu üçün Mərkəzi Bankda və Azərbaycan Beynəlxalq Bankında açılmış müvafiq hesablara könüllü ödəniş və ianələr artır.
Belə ki, Mərkəzi Bank tərəfindən kütləvi ödənişlərin mərkəzləşdirilmiş qaydada qəbulunun təşkili üçün yaradılmış “Hökumət Ödəniş Portalı”nda qeyd olunan hesablara vəsaitlərin köçürülməsi imkanlarının və üsullarının genişləndirilməsi və asanlaşdırılması məqsədilə xüsusi funksionallıq və mexanizm yaradılıb.
Bundan sonra bütün hüquqi və fiziki şəxslər bankların və Azərpoçt MMC-nin filial və şöbələrində istər nağd formada, istərsə də nağdsız ödəniş alətləri vasitəsilə, o cümlədən portalın internet səhifəsindən www.gpp.az/kmdf və mobil əlavəsindən (Android və iOS platformalı) istifadə etməklə 24/7/365 rejimində həmin hesablara vəsaitlərini köçürə bilərlər.
Qeyd edək ki, Mərkəzi Bankda və Azərbaycan Beynəlxalq Bankında açılmış hesabların rekvizitləri barədə məlumatlar Nazirlər Kabinetinin rəsmi internet səhifəsində (www.cabmin.gov.az) yerləşdirilib.
Müəllif: Elmir Murad
29 Avqust 2026
29 Avqust 2026
29 Avqust 2026
27 Avqust 2026
27 Avqust 2026
27 Avqust 2026