16:04 - 13.03.2020
13 Mart, Fineko/abc.az. ARDNF-nin vəsaitlərində qızıl aktivi də yer alır ki, məlum olduğu kimi bu aktiv növü də qeyri-müəyyənliklər zamanı sığorta rolunu oynayır.
ABC.AZ Dövlət Neft Fonduna istinadən xəbər verir ki, hal-hazırda bu aktiv növü təqribən 5,4 milyard ABŞ dolları ilə ümumi vəsaitlərin təxminən 12%-ni təşkil edir.
Məlumata görə, ümumi çəkisi təxminən 101,5 ton təşkil edən qızıl aktivləri ölkəyə gətirilərək ARDNF-nin xüsusi xəzinəsində saxlanılmaqdadır.
ARDNF-nin vəsaitlərinin valyuta səbətinə gəldikdə isə, qeyd etmək lazımdır ki, burada əsas yeri, yəni təxminən 95%-lik hissəni ABŞ dolları, Avro, İngilis funt sterlinqi və yapon yeni kimi əsas ehtiyat valyutaları tutmaqdadır.
Müəllif: Elmir Murad
29 Avqust 2026
29 Avqust 2026
29 Avqust 2026
27 Avqust 2026
27 Avqust 2026