Büdcədəki artıqlıq kəskin azaldı – Nazirlikdən operativ məlumat

11:57 - 11.03.2020


11 mart, Fineko/abc.az. 2020-ci ilin yanvar-fevral aylarında dövlət büdcəsinə 3 milyard 613,2 milyon manat vəsait daxil olub, büdcədən 3 milyard 330,2 milyon manat vəsait xərclənib.

ABC.AZ Maliyyə Nazirliyinin operativ məlumatlarına əsasən xəbər verir ki, büdcənin icrasında 283 milyon manatlıq profisit (artıqlıq) yaranıb.

Qeyd edək ki, 2020-ci ilin yanvar ayında dövlət büdcəsinə 1 milyard 821 milyon manat vəsait daxil olmuşdu, büdcədən 1 milyard 402,9 milyon manat vəsait xərclənmişdi. Büdcənin icrasında 418,1 milyon manatlıq profisit (artıqlıq) yaranmışdı.

Müəllif: Elmir Murad