15:33 - 6.03.2020
6 mart, Fineko/abc.az. Mərkəzi Bankda Kənd Təsərrüfatı Nazirliyi, o cümlədən Aqrar Kredit və İnkişaf Agentliyi, həmçinin Sahibkarlar Təşkilatları Milli Konfederasiyası və Azərbaycan Banklar Assosiasiyasının rəhbərləri ilə birgə görüş keçirilib.
ABC.AZ xəbər verir ki, görüşdə kənd təsərrüfatı sahibkarlarının, xüsusən kiçik aqrobiznesin maliyyə xidmətlərinə çıxış imkanları, xüsusilə də onların güzəştli kredit resurslarından faydalanması, eləcə də onlara girovsuz və ya daşınar əmlakın girov qoyulması ilə kreditlərin verilməsi, girovda olan daşınmaz əmlakın bazarının aktivləşdirilməsi, eləcə də kreditlərin zəmanət mexanizminin yaxşılaşdırılması məsələlərinə diqqət yetirilib.
Toplantıda beynəlxalq təcrübələrə uyğun olaraq aqrar bankın yaradılması imkanlarına baxılması, eləcə də mümkün yeni maliyyələşmə alətlərinin tətbiqi, o cümlədən çeklə hesablaşma, faktorinq, lizinq imkanlarının genişləndirilməsi məsələləri də ətraflı müzakirə edilib.
Müəllif: Elmir Murad
29 Avqust 2026
29 Avqust 2026
29 Avqust 2026
27 Avqust 2026
27 Avqust 2026
27 Avqust 2026